Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:57

Permdə baş vermiş yanğında 112 adam ölüb


Son məlumata görə Permdə baş vermiş yanğında 112 nəfər ölüb, 100-dən çox adam isə yaralanıb.

Faciəylə bağlı cinayət işi açılıb, klubun sahibi də daxil olmaqla 5 nəfər həbs olunub.

Rusiya prezidenti Dimitri Medvedev klubun menencerlərini tənqid edib və onlara maksimum cəza verilməsini tələb edib.

Yanğın şənbə gününə keçən gecə klubda atəşfəşanlıq edilərkən baş verib.

Dekabrın 7-si Rusiyada matəm günü elan edilib.
XS
SM
MD
LG