Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:18

TQDK region müəllimləri ilə işləmək istəyir


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) test bankını zənginləşdirmək üçün region müəllimlərini də bu işə cəlb etmək istəyir. Bu məqsədlə TQDK artıq bir müddətdir regional bölmələrlə seminarlar keçirir. Bunu TQDK-nın Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Tariyel Bədəlov deyib: «Bizim regionlarda təcrübəli müəllimlər, mütəxəssislərimiz var, çalışırıq ki, həmin regionların müəllimləri də test bankını zənginləşdirsinlər, yeni fikir gətirsinlər».

T. Bədəlovun sözlərinə görə 1992-ci ildən bəri testləri əsasən Bakı, Sumqayıt müəllimləri tərtib edib.

Dekabrın 5-də TQDK-nın Naxçıvan regional bölməsində keçirilən Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, tarix və fizika fənləri üzrə elmi metodiki seminarla online bağlantı olub.

T. Bədəlov bildirib ki, indiyədək belə seminarlar Lənkəran və Gəncə regional bölmələrində keçirilib, bundan sonra isə online seminarların Quba və Şəki regional bölmələrində keçirilməsi nəzərdə tutulur. Seminarlarda 2009-cu ilin qəbul imtahanlarında təqdim edilmiş test tapşırıqlarının müzakirəsi aparılır.
XS
SM
MD
LG