Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:23

«Euronews»un Azərbaycanda yayımı dayandırıla bilər


«Euronews» kanalının Azərbaycan əleyhinə təbliğatı davamlı şəkil alarsa, Milli Televiziya və Radio Şurası mövcud qanunvericiliyə uyğun olaraq onun Azərbaycanda kabel şəbəkəsində yayımının dayandırılmasını tələb edəcək.

Bu barədə «APA»ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, artıq «Euronews» kanalı məsələyə reaksiya verərək Azərbaycanın mövqeyinin də əks olunduğu veriliş hazırlanacağını və balansı qoruyacağını bildirib: «Əgər onlar balansı qorumasalar, kanalın Azərbaycanın kabel yayımı şəbəkəsində yayılmasında problemlər ortaya çıxacaq. Biz adekvat tədbirlər görəcəyik. Hazırda «Euronews» kanalı demək olar ki, Azərbaycandakı bütün kabel televiziyaları vasitəsilə yayımlanır».

Qeyd edək ki, «Euronews» kanalında Azərbaycanın işğal altında olan ərazilərindən hazırlanan reportajda Dağlıq Qarabağın separatçı rejimi müstəqil dövlət, separatçıların başçısı Bako Saakyan isə qondarma qurumun «prezidenti» kimi təqdim olunub.
XS
SM
MD
LG