Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:57

Dünyanın ən bahalı qida məhsulları


Zəfəran çiçəyi

Zəfəran


450 qram zəfəran əldə etmək üçün bir futbol meydançası boyda ərazidə əkilmiş zəfəran çiçəklərindən istifadə etmək lazımdır. Buna görə də zəfəran dünyanın ən həssas və ən bahalı ədviyyatı sayılır.

Kürü

Olduqca maraqlı bir keçmişi var. Orta əsrlərdə Rusiyada kürü əkinçilərin yeməyi sayılırdı. Həm də onu varlılara satırdılar. Roma İmperiyası dövründə kürünü süfrəyə xüsusi musiqinin sədaları altında gətirirdilər. Bu gün kürü bütün dünyada ən bahalı qida məhsullarından biridir.

«Kopi Lyuvak» qəhvəsi

Dünyanın ən bahalı qəhvəsidir. Asiyanın cənub-qərbində və Çinin cənubunda yaşayan məməlilər sinfinə aid Asiya Palma Sivettası adlı heyvanın nəcisindən əldə olunur. Ona sivetta qəhvəsi də deyirlər. Pişik böyüklüyündə olan heyvanın - Kopi Lyuvakın çeynədiyi qəhvə toxumları qismən həzm olunur. Toxumlar heyvanın mədəsində demək olar ki, zədələnmir. İnsanlar onları yığıb qəhvə istehsal edirlər.

Makadamiya qozu

Makadamiya ağacları yüksək məhsuldarlığı olan torpaqda və çox yağış yağan ərazilərdə olur. Qozun bir kilosu 30 dollardır. İlk dəfə 1857-ci ildə Avstraliya sahillərində kəşf edilib. Makadamiya qozunun içindəki vitamin və yağlar insan səhhəti üçün də, dəri üçün də çox faydalıdır.

«Vyey Bon Sekyur» pivəsi

Dünyanın ən bahalı pivəsidir. Ancaq Londonda «Bierdrome» adlı barda tapmaq olar. Bardakı 10 illik şüşə 12 kilo ağırlığındadır. Bu pivəni içmək istəyən 1000 dollarından keçməlidir.

Maral südündən hazırlanan pendir

450 qramı 500 dollar civarındadır. Bu qədər bahalı olmasının səbəbi isə pendirin ancaq İsveçin şimalındakı maral fermasında istehsal olunmasıdır. Maralların südü isə ancaq may və sentyabr aylarında sağılır. Bir maralı sağmaq iki saat çəkir. Bu pendirlərdəki yağ və protein 12 faiz təşkil edir.

Trüffel göbələyi


Təkcə göbələklər arasında deyil, bütün ərzaq məhsulları arasında ən bahalısıdır. Bu göbələyin bu qədər baha olmasının səbəbi də maraqlıdır. Bu göbələyi axtaranların birinci yaxşı bəxti, sonrasa onlara kömək edəcək donuzları olmalıdır. Trüffel göbələyinin 450 qramı təxminən 4500 dollardır.

«Wagyu» Bifşteksi

«Wagyu» yaponların yetişdirdikləri çox yağlı sığıra deyilir. Bu sığırlar günlərini masaj olunub pivə içməklə keçirirlər. Bunun nəticəsində yağlı və sulu ətləri olur. Ona görə onların ətindən hazırlanmış bifşteks də bahalı olur.

Tequanyin (Tie Guan Yin) çayı

Mənası «Mərhəmətin Dəmir Tanrısı» deməkdir. Ancaq qiymətinə görə heç də mərhəmətli deyil. Yaşıl-qara rəngli bu çay Çində istehsal olunur. Bir fincanının qiyməti 15 dollara yaxındır. Bu çaydan bir kilo almaq istəyirsinizsə, 3 min dollarınızdan keçməlisiniz.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG