Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:13

Saxta Ayaz Mütəllibov


Ayaz Mütəllibov
Azərbaycanın keçmiş prezidenti, hazırda Rusiyada yaşayan Ayaz Mütəllibov deyir ki, «Facebook» sosial şəbəkəsində onun adına açılmış hesab ona aid deyil:

«Bunu mən etməmişəm. Belə şeylərlə gənclər məşğul olur. Belə işlərə mənim nə həvəsim, nə də vaxtım var».

«Facebook»da Ayaz Mütəllibovun adına hesab bir müddət əvvəl açılıb. Səhifədə keçmiş prezidentin fotosu da yerləşdirilib. Artıq onunla 125 nəfər «dost» olub.

Ayaz Mütəllibov deyir ki, onun adından istifadə edənin kimliyi haqda təsəvvürü yoxdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG