Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:22

Bin Laden haradadır?


Osama bin Laden, 8 Nov. 2001 - hardasa Əfqanıstanda
Osama bin Laden, 8 Nov. 2001 - hardasa Əfqanıstanda
Bir nömrəli terrorçu Üsama bin-Ladenin harada olması barədə yeni xəbərlər var. Bu məlumatlara görə, «əl-Qaidə» lideri güman olunduğu kimi Pakistanda yox, Əfqanıstanda gizlənir.

GİLANI BİN-LADENİN PAKİSTANDA OLDUĞUNU DÜŞÜNMÜR

11 sentyabr hadisələrinin təşkilatçısı sayılan Üsama bin-Laden haqqında məlumatlar onun ələ keçirilməsi üçün 2001-ci ildə Əfqanıstana olan hərbi müdaxilədən bu yana çox az hallarda yayılır. Əvvəllər belə güman olunurdu ki, Əfqanıstandakı əməliyyatlardan sonra o Pakistana keçib. Bu ölkənin şimal-qərbindəki tayfaların nəzarəti altında olan ərazidə gizlənir.

Başına 25 milyon dollar pul qoyulmuş bin-Ladenin harada olması haqqında spekulyativ məlumatlar həmişə beynəlxalq ictimaiyyətin marağına səbəb olur.

Lakin bu həftənin əvvəlində ABŞ-ın Əfqanıstana daha 30 minlik qoşun göndərmək barədə qərarının açıqlanması bin-Ladenin yeri barədə əvvəlki ehtimallara şübhə gətirdi. Bundan başqa, Pakistanın baş naziri Yusif Rza Gilaninin Britaniyaya səfəri zamanı söylədiyi fikirlər bu ehtimalları daha da gücləndirib. Gilani «əl-Qaidə» liderinin necə izlənməsi haqda suala cavabında demişdi ki, bin-Ladenin Pakistanda olduğunu düşünmür.

Bundan sonra isə BBC belə bir xəbər yaymışdı ki, həbsxanada olan Pakistan taliblərindən biri bildirib ki, onun əlaqə saxladığı taliblərdən biri bu ilin əvvəlində bin-Ladenlə görüşməyi təklif edib. Adı çəkilməyən həmin məhbus deyib ki, bin -Laden bu ilin yanvar, ya da fevral ayında Əfqanıstanın cənub-şərqindəki Qəzni əyalətində olub. Lakin pakistanlı jurnalist və regional ekspert Əhməd Rəşid bin Ladenin Əfqanıstanda gizlənməsinə şübhəylə yanaşır:

«Əfqanıstanda fəaliyyət göstərən bütün kəşfiyyat orqanlarının, Qərb dövlətlərinin, NATO-nun, BMT-nin məlumatlarından belə qənaətə gəlinir ki, bin-Laden sərhədin Pakistan tərəfindədir, nəinki Əfqanıstanda. Mənim fikrim belədir ki, o Əfqanıstanda olsaydı, NATO qüvvələri, Amerika qoşunları onu çoxdan aşkar edərdilər».

HƏDDİNDƏN ÇOX YANLIŞ MƏLUMATLAR YAYILIR

Lakin bir nömrəli terrorçunun Pakistanda yox, Əfqanıstanda olması haqqında son günlər yayılmış məlumatlara gəlincə, Rəşid deyir ki, axtarışda olan terrorçu liderlərin yeri barədə həddindən çox yanlış məlumatlar yayılır.

Axtarışda olan terrorçulardan biri də Pakistan taliblərinin lideri Maulana Fəzlullahdır. Noyabr ayında Pakistan jurnalistlərinə telefonla müsahibəsində Fəzlullah bldirmişdi ki, o artıq Pakistanda yox, Əfqanıstandadır.

Bəzi müşahidəçilər belə düşünürlər ki, terrorçuların Pakistanda yox, Əfqanıstanda olması haqqındakı bəyanatlar İslamabadın xeyrinə işləyir. Pakistan bununla Qərb dövlətlərinin ərazisində olan terrorçu liderləri ələ keçirmək və təhvil vermək barədə təzyiqlərindən qurtarır.

Analitik Rəşid onu da deyir ki, terrorçu liderlərin, o cümlədən əfqan taliblərinin lideri Molla Məhəmməd Ömərin və anti-sovet mücahidlərinin komandanı Cəlaləddin Əfqaninin yeri barədə olan məlumatlar da sonda onların Pakistanda olduqlarını söyləməyə əsas verir. Onun fikrincə, bin-Ladenin yeri barədə məlumatlar dəqiq deyil. Rəşid deyir ki, yayılan məlumatlardan belə qənaətə gəlmək olur ki, o Pakistan tərəfdədir. Sadəcə ona görə ki, Əfqanıstanda Amerika silahlı qüvvələri daha azad fəaliyyət göstərir. Pakistanda isə bu cür sərbəst əməliyyatlar aparmaq, yaxud da kifayət qədər ətraflı kəşfiyyat məlumatları əldə etmək imkanları yoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG