Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:44

«Əbu Bəkr» camaatı Şeyxə müraciət etdi


Əbu-Bəkr Məscidi, avqust 2008
Əbu-Bəkr Məscidi, avqust 2008

Müraciətdə deyilir ki, bu dini icma bu ilin mayından bəri qeydiyyatını təsdiqlədə bilmir: «Bu ilin mayında qanuna edilmiş dəyişikliyə görə, qeydiyyatdan keçmiş icmalar yenidən qeydiyyatdan keçmək üçün sənəd təqdim etməli idilər. Bu məqsədlə icra orqanları tərəfindən dini icmalara hüquqi ünvanı barədə arayış təqdim edilməlidir. Göstərilən arayışın alınması məqsədilə 1998-ci ildən qeydiyyatdan keçmiş icma Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmişdi, lakin cavab ala bilmədi. Beləliklə, dini icmanın qeydiyyatı məsələsi gah Nərimanov rayon icra hakimiyyəti, gah da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həll edilməməsi səbəbi ilə uzadılır».

İcma bildirir ki, qeydiyyat məsələsi ilə bağlı vaxt məhduddur, bütün sənədlər hazır olmasına baxmayaraq bu problem həll olunmur.

«Nərimanov rayon dindarları» dini icması «Əbu Bəkr» məscidinə toplaşırdı.

2008-ci il avqust ayında baş verən partlayışdan sonra məscid bağlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG