Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:03

«Əbu Bəkr» camaatı Şeyxə müraciət etdi


«Nərimanov rayon dindarları» dini icması «Əbu Bəkr» məscidində fəaliyyətlərinin bərpası ilə bağlı problemlərin aradan qaldırılması üçün Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, cənab Hacı Allahşükür Paşazadəyə müraciət ünvanlayıb.

Müraciətdə deyilir ki, bu dini icma bu ilin mayından bəri qeydiyyatını təsdiqlədə bilmir: «Bu ilin mayında qanuna edilmiş dəyişikliyə görə, qeydiyyatdan keçmiş icmalar yenidən qeydiyyatdan keçmək üçün sənəd təqdim etməli idilər. Bu məqsədlə icra orqanları tərəfindən dini icmalara hüquqi ünvanı barədə arayış təqdim edilməlidir. Göstərilən arayışın alınması məqsədilə 1998-ci ildən qeydiyyatdan keçmiş icma Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmişdi, lakin cavab ala bilmədi. Beləliklə, dini icmanın qeydiyyatı məsələsi gah Nərimanov rayon icra hakimiyyəti, gah da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həll edilməsi səbəbi ilə uzadılır».

İcma bildirir ki, qeydiyyat məsələsi ilə bağlı vaxt məhduddur, bütün sənədlər hazır olmasına baxmayaraq bu problem həll olunmur.

«Nərimanov rayon dindarları» dini icması «Əbu Bəkr» məscidinə toplaşırdı.

2008-ci il avqust ayında baş verən partlayışdan sonra məscid bağlanıb.
XS
SM
MD
LG