Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:05

Uşaq əməyindən istifadəyə qadağa


Milli Məclis bugünkü iclasında Əmək Məcəlləsinə əlavə və dəyişikliyi təsdiqləyib

Milli Məclis bugünkü iclasında Əmək Məcəlləsinə əlavə və dəyişikliyi təsdiqləyib

Azərbaycanda 15 yaşına qədər uşaqların əməyindən istifadəyə qadağa qoyulacaq. Milli Məclis bugünkü iclasında Əmək Məcəlləsinə əlavə və dəyişikliyi təsdiqləyib. Amma bu qanun kəndli-fermer təsərrüfatlarında çalışan uşaqlara şamil olunmayacaq.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bu qanunu pozanlar üçün məsuliyyət də nəzərdə tutulur.

İclasda Müsavat deputat qrupundan olan millət vəkili Pənah Hüseyn ölkədə 2 milyon 21 min uşağın olduğunu xatırladaraq deyib ki, uşaqların sosial müdafiəsi zəif təşkil edilib.

Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov Azərbaycanda uşaqlara dövlət qayğısının həmişə hiss edildiyini, yeni uşaq evlərinin, orta məktəblərin tikilərək istifadəyə verildiyini bildirib.

Qanunun qüvvəyə minməsi üçün onu prezident də təsdiqləməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG