Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:39

Media qurumları prezidentə müraciət edib


Müşfiq Hüseynov kəskin vərəm xəstəliyindən əziyyət çəkir
Müşfiq Hüseynov kəskin vərəm xəstəliyindən əziyyət çəkir
Həbs edilmiş jurnalist Müşfiq Hüseynovun səhhətinin pisləşməsi ilə bağlı Azərbaycanın bir neçə media qurumu prezidentə məktubla müraciət edib.

Müraciətdə dövlət başçısından xahiş edilir ki, humanizm prinsiplərini əsas tutaraq, Müşfiq Hüseynovu əfv edilsin və bununla da ona müvafiq müalicə almaq imkanı yaradılsın.

Müraciəti «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Jurnalistika və İnkişaf Mərkəzinin sədri Qulu Məhərrəmli, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli və Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı imzalayıb.

«İndiki vəziyyətdə biz Müşfiq Hüseynovun günahının dərəcəsini və ona verilən cəzanın ədalətliliyini müzakirə etmək fikrindən uzağıq. Amma istənilən cəzanın məqsədi insanı islah etməkdir. Bizi bu gənc jurnalistin gələcəkdə sağlamlığını bərpa etmək, əmək fəaliyyətini hər hansı formada davam etdirmək imkanını itirməsi təhlükəsi narahat edir. Onu isə evdə iki və dörd yaşlı uşaqları, işsiz ailə yoldaşı gözləyir».

Müşfiq Hüseynov kəskin vərəm xəstəliyindən əziyyət çəkir. O, 2007-ci ilin iyulunda zorla pul tələb etməkdə ittiham olunaraq həbs edilib, beş il müddətinə azadlıqdan məhrum edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG