Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:34

Şərti cəza həbslə əvəz olundu


Bakı Apellyasiya Məhkəməsi dekabrın 4-də «Şakir» MMC tikinti şirkətinin rəhbəri Şakir Hüseynovun, onun qardaşları Vidadi Hüseynovun, İlham Hüseynovun, Əşrəf Orucovun və Telman Səlimovun işinə baxıb.

Bu şəxslər birinci instansiya tərəfindən şərti cəzaya məhkum edilmişdilər. Bakı Apellyasiya Məhkəməsindən AzadlıqRadiosuna verilən məlumata görə, həmin şəxslərə təyin olunmuş şərti cəzalar ləğv edilib, həbslə əvəz olunub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə tərəfindən araşdırılmışdı ki, təqsirləndirilən şəxslər Rəsulzadə qəsəbəsində və Tbilisi prospektində keyfiyyətsiz tikdikləri binaları ayrı-ayrı vətəndaşlara satıblar. Müştərilər binaların qəzalı vəziyyətdə olmasından xəbər tutandan sonra ödədikləri pulları geri tələb ediblər. Lakin şirkət rəhbərliyi pulları qaytarmaqdan imtina edib. Müştərilər də hüquq-mühafizə orqanına üz tutublar.

İş üzrə ümumilikdə 125 nəfər zərərçəkmiş tanınıb və vətəndaşlara ümumilikdə 3 milyon 547 manat ziyan dəyib.

Birinci instansiya məhkəməsi təqsirləndirilənlər barədə şərti cəzalar təyin edib. O cümlədən, şirkət rəhbəri Şakir Hüseynov da 10 il 6 ay müddətinə şərti cəzaya məhkum olunub və 3 ay müddətində zərərçəkmişləri evlə təmin etməsinə dair qərar çıxarılıb. Lakin şirkət rəhbəri qərarı icra etməyib. Zərərçəkmişlər də apellyasiya şikayəti verərək onun və şərti cəzaya məhkum olunmuş digər şirkət işçilərinin həbs olunmasını tələb ediblər.

Dekabrın 4-də Bakı Apellyasiya Məhkəməsi zərərçəkmişlərin şikayətini təmin edərək təqsirləndirilən şəxslər barədə çıxarılmış şərti cəzaların həbslə əvəz olunmasına dair qərar çıxarıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG