Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:57

Bələdiyyə sədri yolka şənliyi təşkil etmədiyinə görə 3 il həbsdə qalacaq


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Kəramət Əliyevin sədrliyi ilə Binəqədi rayonu Xocəsən bələdiyyəsinin sədri Zəfər Məsimovun məhkəməsi başa çatıb. Keçmiş bələdiyyə sədri 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Zəfər Məsimov Yeni il bayramı ilə əlaqadər Xocəsən, Sulutəpə, 28 May qəsəbələrində yaşayan 1200 aztəminatlı, şəhid və əlil ailələrinin uşaqlarına bayram hədiyyələrinin alınması adı ilə 9.600 manat, bələdiyyə sakinlərinin istirahət etdiyi yerlərdə Yeni il yolkalarının bəzədilməsi adı ilə 1.900 manat, bələdiyyə üzvlərinə, qulluqçularına və dəvət olunan qonaqlara Yeni il şənliyinin təşkil olunması adı ilə 3.500 manat, ümumilikdə 15.000 manatı mənimsəyib.

Keçmiş bələdiyyə sədri bələdiyyənin büdcəsindən maliyyə vəsaitlərinin ayrılmasına dair məsələləri bələdiyyə iclasında müzakirəsini təmin etməməkdə də təqsirləndirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG