Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:07

AŞPA həmməruzəçiləri bu ay görüşəcəklər


Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel və Assambleyanın yeni təyin olunmuş həmməruzəçisi Joy Debano Qrex bu ilin dekabrın 16-da Monitorinq Komitəsinin Parisdə keçiriləcək iclasında görüşəcəklər. Bu, Herkelin Qrexlə onun həmməruzəçi təyin olunandan sonra birinci görüşü olacaq.

Andres Herkel AzadlıqRadiosuna müsahibəsində deyib ki, onlar Azərbaycana növbəti səfərin vaxtını da bu səfər çərçivəsində müəyyənləşdirəcəklər.

AŞPA Monitorinq Komitəsi Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərini necə yerinə yetirməsi barədə hesabat hazırlayıb. Həmin hesabatın açıqlanması üçün yeni təyin olunmuş həmməruzəçinin – Qrexin də Azərbaycana gəlməsi vacibdir.

Debano Qrex noyabrın 18-də AŞ PA Monitorinq Komitəsinin iclasında Azərbaycan üzrə həmməruzəçi təyin olunub. O, bu postda bolqarıstanlı həmkarı Yevgeniya Jivkovanı əvəz edəcək. Jivkova bir neçə ay əvvəl siyasətdən getdiyini və biznes fəaliyyətini genişləndirəcəyini elan edib.
XS
SM
MD
LG