Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:25

«Sərhədsiz Reportyorlar» səfirlikləri jurnalistə yardım etməyə çağırıb


«Sərhədsiz reportyorlar» beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatı Bakıdakı bir sıra xarici səfirliklərə həbsdə olan jurnalist Müşfiq Hüseynovun vəziyyəti ilə əlaqədar məktub göndərib.

«Turan»a məlum olduğuna görə, məktubda son həftələr vərəm xəstəsi olan Hüseynovun səhhətinin kəskin pisləşdiyi, onun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldüyü, lakin müalicənin kömək etmədiyi bildirilir.

Hakimiyyətin Hüseynovun lazımi müalicəsinin aparılması barədə iddiaları etibar doğurmur. Hakimiyyət Novruzəli Məmmədov - həbs edilmiş dilçi alim üçün heç bir təhlükə olmadığını da beləcə iddia edirdi, lakin o, avqustun 17-də həbsxanada ağır xəstəlikdən vəfat edib, deyə məktubda bildirilir.

«Sərhədsiz reportyorlar» diplomatik missiyalardan Müşfiq Hüseynova yardım etmək üçün bütün zəruri tədbirləri görməyi və bu məsələni Azərbaycan hakimiyyəti qarşısında qaldırmağı xahiş edir.

Məktubda həmçinin qeyd edilir ki, Azərbaycan qanunvericiliyi səhhətin pisləşməsi ilə əlaqədar məhbusların azad edilməsinə yol verir.

Müşfiq Hüseynov 2007-ci ilin iyulunda zorla pul tələb etməkdə ittiham olunaraq həbs edilib.

2008-ci il yanvarın 21-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Hüseynovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 6 il müddətinə həbs edilməsi barədə qərar çıxarıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG