Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:30

Dəməşqdə azı 6 iranlı zəvvar ölüb


İranlı zəvvarları daşıyan avtobusda partlayış olub, azı 6 nəfər ölüb. Onlarla adamın yaralandığı bildirilir. Hadisə Suriya paytaxtında şiələrin müqəddəs ziyarətgahının yaxınlığında baş verib.

Partlayış yanacaq doldurulan zaman olub.

DİN Səid Məhəmməd Sammur deyib ki, partlayışın səbəbi hələ ki, məlum deyil. Bəzi məlumatlarda isə hadisəyə partlayıcının səbəb olduğu bildirilir.

Bu cür hadisələr Suriyada nadir olur. Ancaq 2008-ci ilin sentyabrında Dəməşq yaxınlığında maşının partladılması 17 nəfərin ölümü ilə nəticələnmişdi.

Bu arada İranın Milli Təhlükəsizlik Şurasının rəsmisi və nüvə sözçüsü Dəməşqdə səfərdədirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG