Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:26

Soyğunçuluq edən polislərə hökm oxundu


Dəstə üzvləri Bakının müxtəlif rayonlarında 32-dən artıq belə cinayət törədib
Dekabrın 3-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə valyutadəyişmə məntəqələrinə və digər obyektlərə basqınlar edərək cinayət törətməkdə ittiham olunan keçmiş polis əməkdaşlarından ibarət 6 nəfərlik dəstəyə hökm oxunub.

Məhkəmənin hökmü ilə Mehdi Əmrəliyev 15, İrac Nəsrullayev 15, Ceyhun Qarayev 15, Seyran Bağırov 10 il, İsmayıl Feyziyev 12 il, Rauf Rzayev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ), Nərimanov rayon Polis İdarəsinin keçmiş əməkdaşı və 18-ci Polis Bölməsinin keçmiş rəisi Mehdi Əmirəliyev, DİN Şuşa şəhər Şöbəsində və BMCMİ-də əməliyyat müvəkkili işləmiş İrac Nəsrullayev və polis əməkdaşları Ceyhun Qarayev, Rauf Rzayev, Seyran Bağırov və İsmayıl Feyziyev dəstə yaradaraq, 1998-2008-ci illərdə valyutadəyişmə məntəqələrinə basqınlar etməkdə, külli miqdarda maddi vəsait ələ keçirmək məqsədilə müxtəlif cinayətlər törətməkdə təqsirləndiriliblər.

Dəstə üzvləri Bakının müxtəlif rayonlarında 32-dən artıq belə cinayət törədib. Dəstə üzvləri 2008-ci il sentyabrın 30-da Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Onlar Cinayət Məcəlləsinin 29.120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 180-ci (soyğunçuluq), 217-ci (banditizm), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və digər maddələri ilə ittiham olunublar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG