Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:28

Dairəvi yolu 1-in yenidənqurulması gecikir


Bakı dairəvi yolu 1-in yenidənqurmasının başa çatdırılması 2010-cu ilin avqustuna kimi uzanır. Əvvəllər yolun bu ilin oktyabrında istismara verilməsi planlaşdırılırdı.

Uzunluğu 21,5 km olan yolun yenidən qurulmasına 2006-cı ilin dekabrında başlanılıb. Onu bu ilin fevralında başa çatdırmaq nəzərdə tutulurdu.

«Azəryolservis»dən «Turan»a verilən məlumata görə, bu dəfə gecikməyə səbəb layihədə edilən dəyişikliklər, əlavə işlərdir. Amma «Azəryolservis»də nə layihəyə əlavənin detalları, nə də əlavə tələb edilən maliyyə vəsaiti barədə heç nə deməyiblər.

Tikinti işlərinin podratçısı «Makyol-Sapri» (Türkiyə-Küveyt) şirkətidir.

Layihənin qiyməti 49,5 mln-dur. Onu Azərbaycan hökuməti, Küveyt və Əbu-Dabi fondları maliyyələşdirir. Layihənin baş subpodratçısı «Azərinsaatservis» MMC-dir.

Altızolaqlı Bakı dairəvi yolu-1 Biləcəri yoxuşundan başlayır və Lökbatan dairəsindən keçir. Yol Bakıdan keçmədən şimaldan cənuba və qərbə gedən magistralları birləşdirən nəqliyyat qovşağıdır.
XS
SM
MD
LG