Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:37

Azərbaycan BMT-dəki müzakirələri təxirə saldı


BMT Baş Assambleуasında «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair» müzakirələr Azərbaycan tərəfinin xahişi ilə təxirə salınıb.

Bu haqda AzadlıqRadiosuna Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məlumat verib: «Dinləmələr texniki səbəblərdən təxirə salınıb».

Azərbaycanla bağlı müzakirə dekabrın 3-nə təyin olunmuşdu. Elxan Poluxov deyir ki, müzakirələrin nə vaxt keçiriləcəyi hələ ki, məlum deyil.
XS
SM
MD
LG