Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:22

2-3 həftəyə Əfqanıstana əlavə qüvvələr göndəriləcək


2-3 həftəyə Əfqanıstanda əlavə qüvvələrin yerləşdirilməsinə başlanacaq.

Bunu Birləşmiş Ştatların müdafiə naziri Robert Qeyts deyib.

Robert Qeyts Senatda çıxış edərkən bildirib ki, Əfqanıstana göndəriləcək əlavə ABŞ qüvvələri ölkənin cənub və şərqində yerləşdiriləcək və proses 18-24 ay çəkəcək.

Birləşmiş Ştatlar dünən Əfqanıstana əlavə 30 min qüvvə göndərilməsi barədə qərar qəbul edib.

Bununla da Əfqanıstandakı ABŞ qüvvələrinin sayı 100 min olacaq.
XS
SM
MD
LG