Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:20

Alternativ hesabata müəmmalı ölüm faktları daxil edilib


İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə alternativ hesabat təqdim edib. İctimai Birliyin sədri İradə

Cavadova AzadlıqRadiosuna bildirib ki, hesabata ictimaiyyət üçün müəmmalı qalan bir neçə ölüm faktı daxil edilib. Həmin faktlar arasında keçmiş ADP-çi

Faina Kunqurovanın, «Tolişi-Sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədovun saxlanıldıqları cəzaçəkmə müəssisələrində, Mahir Mustafayevin saxlanıldığı Qobustan Qapalı Həbsxanasında baş vermiş müəmmalı ölüm faktları da var.

Hesabatda bloqçu Emin Millinin, Nəqliyyat Departamentinin əməkdaşları tərəfindən döyülmüş sürücü Mehman Əmirquliyevin məsələsi də daxil edilib.

İradə Cavadovanın sözlərinə görə, azadlıqdam məhrum etmə yerlərində məhkumun vaxtından əvvəl azad olunmasına əməl olunmaması ilə bağlı məsələlər də hesabatda öz əksini tapıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG