Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:34

Orduda seks


«Hizbullah» bir partiya kimi öz üzvlərinə siğəyə icazə vermir, icazə yalnız orduda əsgər kimi vuruşanlara aiddir
«Hizbullah» bir partiya kimi öz üzvlərinə siğəyə icazə vermir, icazə yalnız orduda əsgər kimi vuruşanlara aiddir
«Hizbullah» ordusunu siğəsiz təsəvvür etmək artıq mümkün deyil. 40 yaşlı Livan şiəsi Məhəmməd deyir ki, «ən loyal və güclü ordunu yaratmaq üçün siyasi hakimiyyətdən başqa seks də lazımdır».

«Foreign Policy» məcmuəsi yazır ki, «Hizbullah»ın geniş tətbiq etdiyi «mutaa», başqa sözlə, siğə, müvəqqəti nikahdır, burda tərəflərin heç bir məsuliyyəti yoxdur, siğə üçün molla da lazım deyil.

Müqavilə çox sadədir: qadın deyir ki, «mən filan müddətə, filan mükafata sənə ərə gedirəm», kişi cavab verir ki, «mən qəbul edirəm». Siğənin müddəti danışıqdan asılıdır, bir saat da ola bilər, bir il də.

İCAZƏ YALNIZ ORDUDA ƏSGƏR KİMİ VURUŞANLARA AİDDİR

Müsəlman qadın müvəqqəti olsa da yalnız müsəlman kişiyə ərə gedə bilər. Müsəlman kişi isə müvəqqəti olaraq müsəlman, xristian və ya yəhudi qadını ala bilər, bir şərtlə ki, bu qadınlar boşanmış və ya dul olsunlar. Heç vaxt ərdə olmamış qadınla da siğə bağlamaq olar, əgər atası icazə versə.

Maraqlıdır ki, «Hizbullah» bir partiya kimi öz üzvlərinə siğəyə icazə vermir, icazə yalnız orduda əsgər kimi vuruşanlara aiddir.

«Foreign Policy» yazır ki, müvəqqəti nikah imkanı gənclərin «Hizbullah»a axınını da yaradır. 26 yaşlı bir gənc son iki ildə qadınlarla müvəqqəti nikah bağlaya-bağlaya axırda «Hizbullah»a üzv olub.

SİĞƏ İMKANI TƏKCƏ KİŞİLƏRİN XOŞUNA GƏLMİR

Bu nikahlar isə «Hizbullah»ın kitabxanasında və ya dini və siyasi müzakirələr mərkəzində bağlanırmış.

Ancaq «mutaa» və ya siğə imkanı təkcə kişilərin xoşuna gəlmir.

İngilis ədəbiyyatından magistr olan və ərindən ayrılmış 25 yaşlı Zəhra adlı qadın deyir:

«Siğəyə ona görə gedir ki, buna din icazə verir».

«Allah müvəqqəti nikaha niyə icazə verib?» sualını isə Zəhra soruşmur, çünki bu, Allahın işidir. O bircə onu bilir ki, şəhidlərin dul qalan həyat yoldaşları var. «Mutaa», siğə onları nəzərə alıb.
XS
SM
MD
LG