Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:40

Ermənistanda Kuşnerə inanmırlar, optimizmi isə təzyiq hesab edirlər


Bernar Kuşner əmindir Qarabağ problemi yaxın aylarda həll olunacaq

Bernar Kuşner əmindir Qarabağ problemi yaxın aylarda həll olunacaq

ATƏT-in Minsk qrupu həmsədrlərinin vaxtaşırı verilən optimist bəyanatlarına münasibət Bakıda və Yerevanda fərqlidir. Bakıda bu bəyanatları yalandan raport verməyə oxşatdıqları vaxt, Yerevanda təzyiq hesab edirlər.

Fransanın xarici işlər naziri Bernar Kuşner Afinada ATƏT-in xarici işlər nazirlərinin görüşü zamanı deyib ki, «Qarabağ problemi dərhal həll olunmayacaq, ancaq o əmindir ki, problem yaxın aylarda həll olunacaq».

Ermənistanlı politoloq, Yerevandakı Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrasyana ilk sual belə oldu ki, Kuşnerin dediyinə inanırmı? Qarabağ problemi yaxın aylarda həll oluna bilərmi?

Safrasyan: «Yox, inanmıram. Çox sadə səbəbdən. Qarabağ problemi o qədər yetişməyib ki, bir neçə aya həll olunsun. Hələ də tərəflərin mövqeləri bir-birinə diametral əksdir.

Onda niyə artıq Minsk qrupuna sədrlik edən dövlətlərin xarici işlər nazirləri çox optimist bəyanatlar verməyə başlayıblar?

Mənə elə gəlir ki, vasitəçilərdə vaxtaşırı olaraq tərəflərə təzyiq eləmək istəyi yaranır. Mənim fikrimcə, bu, çox təhlükəlidir. Qarabağ problemi öz daxili məntiqi ilə inkişaf edir.

Yaxşı, bəs təzyiq olmasa, tərəflər özləri razılığa gələrmi?

Fikirləşirəm ki, hə. Təzyiq neqativ təsir göstərir. Təzyiq olmasa, Azərbaycan və erməni xalqları razılığa gələcəklər.

Nə vaxt və necə gələcəklər?

O vaxt gələcəklər ki, azərbaycanlılar və ermənilər hesab edəcəklər ki, sülh onların ölkələrinin inkişafına xidmət edir. Bu, olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG