Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:38

Yaxın 3 gündə Bakıda hava yağıntılı olacaq


Yaxın 3 gündə Bakıda və Abşeronda hava şəraiti buludlu, yağıntılı olacaq və şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə +5 +8 dərəcə, gündüz +7 +11 dərəcə təşkil edəcək.

Rayonlarda da yağıntılar olacağı gözlənilir, şərq rayonlarında intensiv xarakter daşıyacaq. Dağ və dağətəyi rayonlarda sulu qar və qar yağacaq.

Dağ regionlarında havanın temperaturu gecə 0 -5, gündüz 0 -4 dərəcə, aran rayonlarında gündüz +8 +13, gecə +1 +5 dərəcə təşkil edəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Departamentindən bildiriblər.
XS
SM
MD
LG