Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:12

Bakıda polis polisi qətlə yetirdi


Bakı şəhərində polis zabiti öz həmkarını qətlə yetirib.

Nəsimi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dekabrın 1-də saat 22.00 radələrində Nəsimi rayonu, Dilarə Əliyeva 251 ünvanında baş verib.

Mayor rütbəsini daşıyan Zaur Əliyev ailə münaqişəsi zəminində polis çavuşu, Tural Qafarovu qətlə yetirib. Zaur Əliyev Turala bir neçə bıçaq zərbəsi vurub.

Z. Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG