Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:25

Bloqqerlərin işinə dekabrın 9-da baxılacaq


Gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin valideynlərinin apelyasiya şikayətinə dekabrın 9-da saat 14.15-də baxılacaq. Məhkəmə prosesi təxirə salınıb.

Valideynlər Səbail rayon Polis İdarəsinin baş müstəntiqi Ziya Əliyevə qarşı iddia qaldırıb, Adnan Hacızadə və Emin Milli ilə görüşə imkan verməməkdə günahlandırırlar.

İddiada 44 günlük istintaq müddətinin hər biri üçün Ziya Əliyevdən 20 manat, ümumilikdə isə 880 manat tutulması tələb edilir.

Səbail rayon Məhkəməsi valideynlərin iddiasını təmin etməyib.

Adnan Hacızadə və Emin Mİlli bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Bloqqerlər ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG