Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:21

Сorc Buşa ayaqqabı atana ayaqqabı atıblar


Corc Buşa ayaqqabı atan iraqlı jurnalist özü ayaqqabı hücumuna məruz qalıb. Müntəzər əl-Zaidi dünən Parisdə mətbuat konfransında İraq müharibəsinin qurbanları barədə danışarkən bir nəfər ona ayaqqabı atıb.

Ayaqqabı Əl-Zaidiyə dəyməyib. Jurnalist daha sonra «texnikasının» oğrulandığını deyib.

Fransa mətbuatı bildirib ki, ayaqqabını atan sürgündə yaşayan iraqlı jurnalistdir. O, ABŞ siyasətini dəstəklədiyini və Əl-Zaidini diktator İraqa işləməkdə günahlandırıb.

Ötən ilin dekabrında Bağdadda mətbuat konfransı zamanı Müntəzər əl-Zaidi ABŞ-ın sabiq prezidenti Corc Buşa ayaqqabı atıb, həbs olunmuşdu. 9 ay həbsdən sonra azadlığa buraxılıb.
XS
SM
MD
LG