Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:00

«Elmar Məmmədyarovun optimist fikirləri var»


Dekabrın 1-də ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə görüşüblər

Dekabrın 1-də ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə görüşüblər

Fransa Xarici İşlər nazirinin Dağlıq Qarabağ münaqişəsinin bir neçə aya həll oluna biləcəyilə bağlı dediyi optimist fikirləri Azərbaycanın Xarici İşlər Nazirliyi bölüşür.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov AzadlıqRadiosuna deyir ki, nazir Elmar Məmmədyarov da bu yaxınlarda Qarabağ danışıqları ilə bağlı baza prinsipləri üzərində ümumi razılığın əldə olunacağına ümidlidir:

«Baza prinsiplərilə bağlı razılıq əldə olunandan sonra növbəti mərhələyə keçməklə əlaqədar ən azı nazir Elmar Məmmədyarovun optimist fikirləri var. Amma konkret hansı müddətə, bu barədə nazir bir şey deməyib».

Fransanın Xarici İşlər naziri Bernard Kuşner dekabrın 1-də Afinada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 17-ci iclasında çıxışı zamanı deyib ki, Dağlıq Qarabağ münaqişəsi bir neçə ay ərzində həll oluna bilər.

Dekabrın 1-də ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə görüşüblər. Həmsədrlər danışıqlarda önəmli irəliləyiş olduğunu bildiriblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG