Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:18

NATO qoşunların artırılması qərarını alqışlayır


NATO Baş katibi Anders Foq Rasmussen Obamanın Əfqanıstanda qoşunların sayını artırmaq qərarını alqışlayıb. Rasmussen gözləyir ki, NATO üzvləri də bu ölkəyə azı 5 min əlavə hərbçi göndərəcək.

Hazırda Əfqanıstanda 110 min xarici qüvvə var, onların təxminən 70 mini Amerikanındır.

Fransa prezidenti Nikolya Sarkozu də ABŞ-ın qərarını alqışlayıb, ancaq hələlik Əfqanıstandakı qüvvələrinin sayını artırmaq niyyəti olmadığını deyib.
XS
SM
MD
LG