Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:53

«Bunların qəsdi məni öldürməkdir»


«Bizim Yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynovun həbsi, 25 iyul 2007
«Bizim Yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynovun həbsi, 25 iyul 2007
«Bizim Yol»: «Müşfiqin vəziyyətində yaxşıya doğru heç bir yenilik yoxdur. Xəstəliyin inkişaf prosesi dayanmayıb». Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna həbsdə olan jurnalistin qardaşı Sərvər Hüseynov məlumat verib.

«Yeni Müsavat»: «Masallıda yenə mitinq keçirilib»

Həbs edilən Həşimovların qadın ailə üzvləri dörd gündür ki, aclıq aksiyası keçirirlər.

«Azadlıq»: «YAP»da «seçki davası» qızışır»

Bələdiyyə seçkilərində özfəaliyyətlə məşğul olan YAP-çılar cəzalandırılacaq. Narazılığa səbəb bələdiyyə seçkilərində YAP-çı məmurların, həmçinin partiyanın yerli təşkilat sədrlərinin öz namizədlərinin olmasıdır.

«Yeni Azərbaycan»: Moskvada «Bakıya məhəbbətlə» fotosərgisi açılıb

Leyla Əliyeva: «Biz bakılılar öz şəhərimizi hədsiz sevdiyimiz üçün, onun barəsində həmişə məhəbbətlə söz açırıq».

«Şərq»: Elmar Məmmədyarov nikbindir

«Baza prinsipləri razılaşdırıldıqdan sonra sülh müqaviləsinin imzalanmasına yol açılacaq».

«525-ci qəzet»: «Cildi dəyişsə də, antiislam savaşı əsrdən-əsrə keçir»

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı: «Azərbaycanı təzədən Rusiyanın ağuşuna atmaq yolverilməzdir»

«Bakı Xəbər»: Quru çay bahalaşmağa başladı

Son günlərdə ticarət şəbəkələrində qablaşdırılmış quru çaylar bahalaşıb. «Azərçay», «Final», «Paşa», «Beta», «Champion» çaylarının qiymətində 5-15 qəpik artım baş verib. Yerli məhsullarla yanaşı, xaricdən gətirilən çaylar da əvvəlki vaxtlardan baha satılır.

«Həftə İçi»: Dönərxanalara qarşı cərimələr artırılmalıdır

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayevin verdiyi məlumata görə, cari ildə ilk dəfə olaraq dönərxanalarda monitorinqlərə start verilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG