Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:01

Bloqqerlərlə bağlı apelyasiya şikayətinə baxılır


Dekabrın 2-də həbsdə olan gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin valideynlərinin
apelyasiya şikayətinə baxılır.

Valideynlər Səbail rayon Polis İdarəsinin baş müstəntiqi Ziya Əliyevə qarşı iddia qaldıraraq, Adnan Hacızadə və Emin Milli ilə görüşə imkan verməməkdə günahlandırırlar.

İddiada 44 günlük istintaq müddətinin hər biri üçün Ziya Əliyevdən 20 manat, ümumilikdə isə 880 manat tutulması tələb edilir.

Səbail rayon Məhkəməsi valideynlərin iddiasını təmin etməyib.

Adnan Hacızadə və Emin Mİlli bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Bloqqerlər ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
XS
SM
MD
LG