Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:05

Qarabağ münaqişəsi bir neçə aya həll oluna bilər


Fransanın Xarici İşlər Naziri Bernard Kuşner

Fransanın Xarici İşlər Naziri Bernard Kuşner

«Dağlıq Qarabağ münaqişəsi bir neçə ay ərzində həll oluna bilər». Fransanın Xarici İşlər Naziri Bernard Kuşner dekabrın 1-də Afinada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 17-ci iclasında çıxışı zamanı belə deyib.

Kuşner razılaşmanın əldə edilə biləcəyinə inandığını bildirib: «Sülh prosesində qapıya güc gəlmək ya da onu güclə itələmək çətindir, çünki çox kövrəkdir. Mən əminəm ki, bu məsələ həll olunacaq. Dərhal? Yox. Yaxın bir neçə ayda? Hə».

Dünən Fransa, Rusiya və ABŞ-dan olan ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın XİN-i ilə görüşüb. Həmsədrlər danışıqlarda önəmli irəliləyiş olduğunu bildiriblər.

Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov deyib ki, görüşlərdə ATƏT Xarici İşlər Nazirləri Şurasının 17-ci toplantısının Dağlıq Qarabağla bağlı bəyanatı müzakirə edilib. Görüşlər konstruktiv keçib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG