Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:34

Serbiya Prezidenti qanunu pozdu]u üçün 530 avro cərimə verir


Serbiya Prezidenti Boris Tadiç qanunla qadağan olunan yerdə spirtli içki içdiyi üçün məhkəməyə çıxarılıb.
Prezident Boris Tadiç və bir sıra digər Serb rəsmiləri Oktyabr ayında, Belqradda keçirilən Serbiya-Rumıniya oyunu vaxtı stadionda spirtli içki içməyə görə qanun qarşısında cavab verməli olub.

Şəhər məhkəməsi rəsmilərin əllərində qədəhlər Serbiyanın qələbəsini qeyd elədiyini əks elətdirən fotoşəkillərə görə araşdırma başlayıb. Dekabrın 1-də Boris Tadiç məhkəməyə gəlib. Prezident verdiyi ifadədə spirtli içki qəbul etdiyini etiraf edib və qanunu pozduğu üçün cəzasını çəkməyə - cərimə ödəməyə hazır olduğunu bildirib.

Serbiya qanunlarına görə, stadionlara 5 kilometrlik radisunda belə spirtli içkilərin istehlakı qadağandır. Qanunu pozmağa görə isə 50 min dinar, təxminən 530 avroya qədər cərimə nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG