Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:14

XİN «Euronews»a etiraz məktubu göndərib


Azərbaycan Xarici İşlər Nazirliyi «Euronews» kanalına etiraz məktubu göndərib
Azərbaycan Xarici İşlər Nazirliyi «Euronews» kanalına etiraz məktubu göndərib
Azərbaycan Xarici İşlər Nazirliyi «Euronews» kanalına etiraz məktubu göndərib. Buna səbəb noyabrın 28-də kanalda Dağlıq Qarabağla bağlı efirə gedən süjetdir.

Nazirliyin mətbuat katibi Elxan Poluxov AzadlıqRadiosuna bildirib ki, süjet qərəzli və birtərəfli olub: «Belə bir qərəzli süjetin efirdən götürülməsi təklif olunub. Eyni zamanda kanalın rəhbərliyinə məsələyə aydınlıq gətirmək təklif edilib. Hazırda biz müvafiq cavabı gözləyirik».

E.Poluxov məsələ ilə bağlı Azərbaycanın Fransadakı səfirliyinə məlumat verildiyini və səfirlik tərəfindən araşdırma aparıldığını da deyib.

Bu arada hakim YAP da «Euronews»da gedən süjeti «qərəzli» adlandırıb, televiziyaya etiraz məktubu ünvanlayıb. Partiyanın rəsmi internet səhifəsində yerləşdirilən sənəddə deyilir ki, sözügedən proqram Avropanın ictimai rəyini çaşdırmağa yönəlib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG