Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:22

Şaxtababa və Qar Qız olmaq istəyənlərin sənəd qəbulu başlayıb


Bakıda Yeni İl bayramından əvvəl və sonra Şaxta Baba və Qar Qız olmaq istəyənlərin sayına məhdudiyyət qoyulmayıb. Bu barədə AzadlıqRadiosuna Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov deyib.

O bildirib ki, bu günə qədər onlara 40-dək «Şaxta Babalığa» namizəd müraciət edib: “Şaxta Babalara limit yoxdur. Günü-gündən parklar, bağların sayı artır. Onlar da tələb edirlər ki, Şaxta Babaları olsun.”

Şaxta Baba və Qar Qıza veriləcək lisenziyanın müddəti təxminən bir aydır - dekabrın 20-dən yanvarın 15-dək .

Ötən il lisenziyanın qiyməti 72 manat, paytaxtdan kənarda isə 50 manat idi.

Ə. Bağırov bildirib ki, verdikləri lisenziya Milli Parkdan başqa paytaxtın digər ərazilərində Şaxta Baba fəaliyyəti göstərmək üçün verir. Milli Parkda Şaxta Baba olmaq istəyənlər icazəni Dənizkənarı Bulvar İdarəsindən almalıdır.
XS
SM
MD
LG