Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:45

Avropa Şurasının seçki müşahidəçiləri hələn həftə gələcək


Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini müşahidə edəcək Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyətinin tərkibi açıqlanıb. (AzərTac)

Avropa Şurasının nümayəndə heyətinə Türkiyədən olan deputat Qaya Doğanoğlu başçılıq edəcək. Nümayəndə heyətinə Nigel Mermagen (Böyük Britaniya), İstvan Borbeli (Macarıstan), Dobrika Milovanoviç, Qudrim Mosler-Törnström (Avstriya) daxildir.

Dekabrın 7-8-də Azərbaycana səfəri çərçivəsində qonaqlar seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaqlar. Konqresin müşahidə missiyası seçkilərin gedişini izləmək üçün dekabrın 21-24-də Azərbaycana gələcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG