Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:44

Haaqa Məhkəməsi Kosovonun müstəqilliyinin qanuni olub-olmadığına baxacaq


Bu gün Beynəlxalq Haaqa Məhkəməsi Serbiyanın müraciəti əsasında Kosovonun müstəqilliyinin qanuni olub-olmadığını müəyyən etmək üçün dinləmələrə başlayır.

Kosovonun etnik alban çoxluğu 2008-ci ilin fevralında müstəqilliyini elan edib. Serbiya bunun beynəlxalq hüquqa zidd olduğunu bildirir və məhkəmədən Kosovonun tanınmasının dayandırılması üçün rəy verməsini xahiş edir.

Beynəlxalq Haaqa Məhkəməsinin qərarları məcburi hüquqi qüvvə daşımır. Yalnız tövsiyə xarakterlidir.

İndiyədək Kosovonun müstəqilliyini 60-dan çox ölkə, o cümlədən ABŞ və AB-nin əksər ölkələri tanıyıb.

XS
SM
MD
LG