Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:28

Azərbaycanda 2 mindən çox AİDS-ə yoluxmuş şəxs qeydiyyatdadır


Dekabrın 1-i Beynəlxalq AİDS günüdür
Dekabrın 1-i Beynəlxalq AİDS günüdür
«Azərbaycanda HİV/AİDS problemi ən aktual problem olaraq Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan infeksion narkotik istifadəçiləri arasında yayılıb».

AİDS-lə Mübarizə Mərkəzinin məlumatına görə, 1987-ci ildən bu günə qədər Azərbaycanda HİV infeksiyası təsdiq olunmuş 2224 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 2138 nəfəri Azərbaycan vətəndaşı, 86 nəfəri isə əcnəbidir. AİDS-dən ölənlərin sayı isə 274 nəfərdir.

1992-ci ildən 2009-cu ilin dekabrın 1-ə qədər Azərbaycanda 780 ailədə HİV-ə yoluxma faktı qeydə alınıb. 18 ailədə ata-ana-uşaq, bir ailədə ana-uşaq, 166 ailədə ər-arvad, 547 ailədə yalnız kişi, 48 ailədə isə yalnız qadın yoluxub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG