Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:16

Müğənni zorla səhnədən kənarlaşdırıldı


Britaniyalı rok müğənnisi Piter Doherti nasist himnini oxuduğu üçün fitə basılıb.

Keçən həftənin sonu Münxendə keçirilən mahnı festivalında o, nasistlərin "Deutschland, Deutschland ueber alles" himnini oxumağa başlayıb. Konsertdə iştirak edənlərin narazılığından sonra da oxumağına davam edən müğənnini təşkilatçılar zorla səhnədən uzaqlaşdırıblar.

Müğənninin nasist himnini oxuması canlı yayımda Bavariya ictimai radiosu ilə də səslənib.

Musiqinin özü qadağan edilməsə də, 2-ci dünya müharibəsindən bəri oxunmur.

Müğənni ziddiyyətli bir şəxsdir, narkotiklərdən istifadə edir və həbsdə yatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG