Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:22

Bir azarkeş o birinin başına düşüb


"İnter" klubunun bir azarkeşi Milan xəstəxanasının reanimasiya şöbəsinə düşüb və komadadır.

36 yaşlı azarkeş başından ciddi xəsarət alıb. O, bazar günü İtaliya çempionatının növbəti turunda komandası "Fiorentina" klubunu qəbul edərkən "Cüzeppe Meatso" stadionun üst qatından yıxılıb.

Yıxılarkən aşağı qatdakı başqa bir azarkeşin üzərinə düşərək onun da xəsarət almasına səbəb olub.

2002-ci ildə də həmin stadionda eyni hadisə baş vermişdi. Onda üst qatdan yıxılan azarkeşin aldığı zədə ciddi olmamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG