Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:36

İrlandiya FİFA-dan əlavə yer istəyir


İrlandiya FİFA-dan xahiş edib ki, onun 2010-cu ildə Cənubi Afrikada keçirləcək dünya çempionatının final mərhələsində iştirakı üçün əlavə yer ayrılsın.

Bu haqda FİFA prezidenti Blatter məlumat verib.

Final mərhələsinə vəsiqə verəcək oyunda Fransa komandasının hücumçusu Anrinin əllə vurduğu qol İrlandiyanın bu arzusunu gözündə qoymuşdu.

FİFA bundan qabaqkı qərarı ilə İrlandiyanın Fransa ilə oyunun təkrar keçirilməsi barədə istəyini rədd etmişdi.

FİFA yeni xahişə dekabrın 2-də baxacaq.

Əgər xahiş yerinə yetirilsə, İrlandiya final mərhələsinə buraxılan 33-cü komanda olacaq.
XS
SM
MD
LG