Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:12

Dəniz quldurları neft tankerini ələ keçirib


Somali dəniz quldurları Yunanıstan bayrağı altında üzən neft tankerini ələ keçiriblər.

Hadisə Somali sahillərindən 700 kilometr aralıda – Seyşel adaları yaxınlığında baş verib.

"Maran Centaurus" adlanan gəmi Küveytdən Meksika körfəzinə üzürmüş. Gəminin 28 nəfər heyət üzvü var.

Bu haqda Röyters agentliyi xəbər verir.

Somali dəniz quldurları xarici gəmiləri ələ keçirib onları azad etmək üçün milyonlarla dollar pul tələb edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG