Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:32
Bu barədə AzadlıqRadiosuna İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının əməkdaşı Yaşar Həkkəkpur məlumat verib.

Sözü gedən fəallar mayın 22-də hökumətin Təbrizin mərkəzində təşkil etdiyi gəzintidə «Ana dilində təhsil» kimi şüarlar səsləndiriblər və «Youtube» portalında İranın keçmiş prezidenti Məhəmməd Hatəminin türklər haqqında zarafatını əks etdirən videonun yayılmasına etirazlarını bildiriblər. Bu səbəbdən İranın hüquq mühafizə orqanları onları may ayında həbs edib.

Məhkəmənin qərarına görə, 19 yaşlı fəal Fərdin Muradpur 6 il həbs cəzası alıb, onu partlayıcı maddələr emal etmə, rejim əleyhinə təbliğat və milli təhlükəsizliyi pozmaqda ittiham ediblər. Onun qardaşı Murtuza Muradpuru isə rejimə qarşı təbliğat və qanunsuz yığıncaqlarda iştirak ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum ediblər.

Fərdin Muradpur saxlanarkən hökumət qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində çiyin nahiyəsindən güllə yarası almışdı.

Məhkəmə həmçinin milli təhlükəsizlik əleyhinə fəaliyyət göstərmək ittihamı ilə digər fəal Rəsul Bədəliyə 2 il, daha 4 fəala isə 6 aylıq həbs cəzası verib.

Məhkəmənin qərarı ilə digər 3 nəfər ictimai asayişi pozmaq ittihamı ilə Təbriz Cəza Məhkəməsinə göndərilib.

Məhkəmə iki fəal – Nasir Bədəli və Behzad Sadeqiyan haqqında irəli sürülən ittihamları isə rədd edib.

Bundan öncə isə Təbriz İnqilab Məhkəməsi Təbrizin mərkəzində hökumətin təşkil etdiyi gəzintidə iştirak etmiş və həbs olunmuş universitet professoru Əlirza Fərşi və onun həyat yoldaşı Sima Didari haqqında da rejim əleyhinə təbliğat ittihamı ilə bir il həbs cəzası kəsib. Hazırda məhkəmə çəkişməsi davam etdiyinə görə professor və onun xanımı girov qarşılığında azadlıqdadırlar.

Şərhləri göstər

XS
SM
MD
LG