Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:08
İsveçrədə seçicilərin 57 faizi məscidlərdə yeni minarələrin tikilməsini qadağan edən təklifi dəstəkləyib. Bu təklifin təşəbbüskarı, İsveçrənin sağ-təmayüllü Xalq Partiyası iddia edir ki, minarələr islamın artan qüvvəsinin rəmzidir.

İsveçrənin Tiçino kantonunda isə referendumda iştirak edənlərin hətta 68 faizi minarələrin əleyhinə səs verib.

İsveçrə hökuməti və parlament din azadlığı və milli dözümlülük ənənəsini əsas gətirərək qadağaya qarşı çıxırdı.

Amnesty International və digər insan hüquqları təşkilatları, həmçinin hökumət əhalini bu təklifə səs verməməyə çağırmışdı.

İsveçrədə təxminən 400 min müsəlman yaşayır və İslam bu ölkədə xristianlıqdan sonra ikinci geniş yayılmış dindir. Ölkədə minarəsi olan cəmi 4 məscid var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG