Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:50

Rusiyada 26 adam hələ də itkin düşmüş hesab olunur


Rusiya rəsmilərinin verdiyi son məlumata görə “ Nevski Ekspress “ sərnişin qatarının partladılması nəticəsində 25 nəfər ölüb, 26 nəfər isə hələ də itkin düşmüş hesab olunur.

Partlayış nəticəsində həmçinin 80-dən artıq sərnişin yaralanıb.

Onların arasında 1 azərbaycanlı da daxil olmaqla 6 xarici var.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, hadisə yerindən qəlpələr tapıldığını və terrorçuluq maddəsiylə cinayət işi açıldığını deyir.

Ekspertlərin gəldikləri ilkin nəticəyə görə partlayan 7 kiloqram trotil gücündə əldədüzəltmə qurğu olub.

Ölənlərin ailələri və yaralılara kompensasiya veriləcək.

XS
SM
MD
LG