Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 05:55

«Hakimiyyət bununla cəmiyyətin reaksiyasını yoxlayır»


Rauf Mirqədirov
«Rusiya hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi ilə bağlı səsləndirilən bəyanatlar təsadüfi deyil. Hakimiyyət bu bəyanatı müxalifət partiyası sədrinin dilindən səsləndirməklə cəmiyyətin buna reaksiyasını yoxlamaq istəyir».

Bunu AzadlıqRadiosunun «Panorama» verilişində siyasi şərhçi Rauf Mirqədirov deyib.

Deputat Qüdrət Həsənquliyev noyabrın 26-da Milli Məclisdəki çıxışında deyib ki, Qarabağ münaqişəsinin öz xeyrinə həlli məqsədilə Azərbaycan Rusiya ilə yaxınlaşa, hətta Rusiya hərbi bazalarını öz ərazisində yerləşdirə bilər.

Rauf Mirqədirov hesab edir ki, Rusiyanın Qarabağ məsələsinin həllinə yardım göstərəcəyi haqda fikirlərin əsası yoxdur:

«Rusiya bizə heç vaxt Qarabağı vəd etməyib. Belə bəyanatlar blefdir və hakimiyyətin Qərbin son günlər güclənən təzyiqlərinə impulsiv və təcrübəsiz reaksiyasıdır. Çünki ərazi bütövlüyü hələ hər şey demək deyil. Gəlin, Azərbaycanın maraqlarını təhlil edək. Azərbaycanı müstəqil dövlət kimi qorumağın yeganə yolu onun Qərb üçün mühüm olan tranzit əhəmiyyətini saxlamaqdır. Bu isə Rusiyanın maraqlarına ziddir. Deməli, sualın cavabı aydındır. Azərbaycanın müstəqil dövlət kimi mövcud olması üçün onun Qərbyönümlü olması mütləqdir...».

Mübariz Əhmədoğlu
Politoloq Mübariz Əhmədoğlu da düşünür ki, Rusiya qoşunlarının Azərbaycanda yerləşdirilməsi ölkənin gələcəyi üçün ciddi təhlükə olardı. Amma Əhmədoğlunun fikrincə, Rusiya son illər Azərbaycana doğru siyasətini dəyişir və bundan istifadə etmək lazımdır:

«İndi Rusiya özü Azərbaycanla yaxınlaşır, Azərbaycanla münasibətlərində bütün məsələlərə «hə» cavabı aldıqdan sonra Moskva hətta öz forpostu olan Ermənistanı da ayaq altına alacaq. Belə olan halda niyə biz Rusiya tərəfdən gələn müsbət təşəbbüsləri rədd etməliyik?..».




MÜZAKİRƏNİN DAVAMINI AŞAĞIDA DİNLƏYƏ BİLƏRSİZ


Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG