Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:37

Rusiyada qəzaya düşmüş qatar partladılıb


Novqorod vilayətində qəzaya düşmüş

“ Nevski Ekspress” sərnişin qatarı 7 kiloqram trotil gücündə olan qurğuyla partladılıb.

Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov prezident Dimitri Medvedevə hesabat verərkən deyib.

Ekspertlər hadisə yerində işi davam etdirirlər.

Bombanın vaqonlardan birinə qoyulduğu ehtimal olunur.

Baş prokurorluğun məlumatına görə qəza nəticəsində 30 sərnişin ölüb, 100-ə yaxın adamsa yaralanıb.

Terrorçuluq maddəsiylə cinayət işi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG