Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:00

Qatarın partladılması nəticəsində yaralananlar arasında bir azərbaycanlı da var


Qatarın 13 vaqonunda 661 sərnişin olub

Qatarın 13 vaqonunda 661 sərnişin olub

«Nevski ekspress» qatarının qəzaya uğramasına səbəb əldəqayırma partlayıcı qurğunun partlaması olub. Bomba 7 kq trotil gücündə olub.

Bu haqda prezident Dmitri Medvedevə Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov məlumat verib.

***

Prezident İlham Əliyev Rusiyada «Nevski ekspress» qatarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar bu ölkənin prezidenti Dmitri Medvedevə başsağlığı verib.

««Nevski ekspress» qatarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm, yaralananların hamısının tezliklə sağalmasını arzu edirəm», - deyə başsağlığı teleqramında bildirilir.

***

Moskvadan Sankt-Peterburq istiqamətində hərəkət edən «Nevski ekspress» qatarında baş vermiş qəza nəticəsində yaralananlar arasında bir azərbaycanlı da var.

Bu barədə APA-nın Moskvadakı müxbirinə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov məlumat verib.

Yaralanan - 1975-ci il təvəllüdlü Novruz Babayev Rusiya vətəndaşıdır. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.

***

Moskvadan Sankt-Peterburqa hərəkət edərkən qəzaya uğramış «Nevski ekspress» qatarındakı bütün sərnişinlərin siyahısı açıqlanıb.

Qatarın 13 vaqonunda 661 sərnişin olub. Hadisə nəticəsində azı 30 nəfər ölüb, 100-ə yaxın adam yaralanıb.

Faktla əlaqədar «terror» maddəsi ilə cinayət işi başlayıb.

Sərnişinlər arasında azərbaycanlıların olduğu istisna deyil. Hələlik Azərbaycanın Rusiyadakı səfirliyi qəzada azərbaycanlıların olub-olmaması ilə bağlı açıqlama verməyib. Lakin sərnişinlərin siyahısında azərbaycanlı olduqları güman edilən bir neçə nəfərin adı var:

Vahabov M.T.
Babayev N.B.
Qazıyeva N.V.
Kəbirov A.M.

Adları çəkilənlərin hamısı gediş biletlərini Rusiya pasportu ilə alıblar. / ANSPress /

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG