Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:36

İsrail səfiri cənub bölgəsinə iki günlük səfər edib


Cənub bölgəsi ilə tanışlıq məqsədilə Lənkəran rayonuna iki günlük səfər edən İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem Lənkəran Dövlət Universitetinin müəllim və tələbələri ilə görüşüb.

İsrail iqtisadiyyatının 1950-1980-cu illəri əhatə edən ilk 30 illik dövründə ölkədə kənd təsərrüfatı məhsulları istehsalına, xüsusən də portağal istehsalına daha çox üstünlük verildiyini vurğulayan diplomat, bu dövrdə ölkəsində vətəndaş cəmiyyəti quruculuğunda və hərbi potensialın artırılmasında da uğurlar qazanıldığını diqqətə çatdırıb.

İsrailli sahibkarların Azərbaycanda iqtisadiyyatın inkişafına investisiya qoymaq niyyətində olduğunu vurğulayan səfir, bu məqsədlə ölkəsinin iş adamlarının ölkəmizə gələcəyini bildirib.
XS
SM
MD
LG