Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:20

Səhhətində ciddi problem olan məhbuslarla bağlı rəsmi qurumlara müraciət olunacaq


Hüquq müdafiəçisi Novella Cəfəroğlu
Gələn həftədən hüquq müdafiəçiləri səhhətində ciddi problemləri olan siyasi məhbusların azadlığa buraxılması üçün Prezident Adminstrasiyasına və müvafiq qurumlara müraciət edəcəklər.

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. O bildirib ki, Qurban bayramı münasibətilə əfv verilməsinə nail ola bilməsələr də, bu istiqamətdə işi davam etdirirlər və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dövlətin belə bir addım atması üçün münasibdür:

«İstirahət günləri başa çatan kimi, ilk növbədə «Bizim Yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynovun azadlığa buraxılması üçün dövlət rəsmiləri ilə görüşməyə çalışacağıq. Çünki Müşfiq Hüseynovun vəziyyəti həqiqətən də ağırdır».

«Bizim Yol» qəzetinin əməkdaşı Müşfiq Hüseynov 2008-ci ilin yanvarında Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə həbs olunub, 6 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi cəza müddətini 1 il azaldıb.

2009-cu ilin mayında isə Əzizbəyov rayon Məhkəməsi onun cəzasının qalan hissəsindən azad edilməsi haqqında müraciətini təmin etməyib. Hüquq müdafiəçiləri deyirlər ki, jurnalist ağır xəstəliyi ilə bağlı Cinayət Məcəlləsinin 78-ci maddəsinə və Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə əsasən cəzasının qalan hissəsindən azad edilə bilər.
XS
SM
MD
LG