Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:05

Bakıda 200 kiloqram vaxtı keçmiş məhsul aşkarlanıb


İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən növbəti monitorinqlər zamanı Bakı şəhərindəki bəzi mağazalarda vaxtı keçmiş məhsullar aşkarlanıb.

Bunlar Nəsimi rayonunda R.Axundov küçəsi, ev 25, mənzil 2 ünvanında Fərəc Rzayevə məxsus mağaza, Nizami rayonunda M.Şərifli küçəsi 84, mənzil 3 ünvanında Əhmədağa Əkbərova məxsus mağaza, Yasamal rayonunda Ş.Qurbanov küçəsi, ev 2/15 ünvanında Ramin Ağayevə məxsus “5 mərtəbə market”, Azərbaycan prospekti 54 ünvanında Elçin Səbziyevə məxsus “Novxanı market”, C.Cabbarlı küçəsi 13 ünvanında Elnur Əmrəliyevə məxsus “24 saat market”, C.Cabbarlı küçəsi 16 ünvanında Gülbəniz Qocayevaya məxsus “Mobil market”, S.Əsgərova küçəsi, ev 60 ünvanında Azad Davudova məxsus “Qalib market”, Gəncə şəhərində H.Əliyev və Atatürk prospektlərinin kəsişməsində Rahil İsgəndərova məxsus “Sevimli Dad” ərzaq mağazası, M.Bağırov küçəsində Narıngül Abdullayevaya məxsus “Hacıməlik market”dir. Həmin dükanlarda ümumi çəkisi 200 kiloqram olan saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, makaron məmulatları, yağlar, balıq və süd məhsulları, konservləşdirilmiş məhsullar, pivə, meyvə şirələri, sular və s. aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.

Nazirlik deyir ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG